İntihar edəcəyini 102-yə məlumat verən qız xilas oldu
İntihar edəcəyini 102-yə məlumat verən qız xilas oldu
03 Noyabr 2016 / 11:41 / Baxış sayı: 1288
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda intihara cəhd olub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Əli qızı Məmmədova yaşadığı evin qapıları qıfıllayaraq təbii qaz xəttini açıb.

O, daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu yolla intihara əl atdığını deyib.

Dərhal hadisə yerində polis əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Qapını sındıraraq evə daxil olan polis əməkdaşları S. Məmmədovanı huşsuz vəziyyətdə aşkar ediblər. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə