İnsan xəttini yamsılayan proqram hazırlandı-FOTO-VİDEO
İnsan xəttini yamsılayan proqram hazırlandı-FOTO-VİDEO
22 Avqust 2016 / 14:38 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4
Bizimxeber

XX əsrin sonundan etibarən əlyazısı tədricən çap yazısına məğlub oldu. İndi insanlar bəlkə də kağız üzərində son dəfə nə zaman yazdıqlarını belə xatırlamır. Bizimxever.az xarici mətbuata istinadən bildirir ki,  London Universitet Kollecinin kollektivinin hazırladığı yeni proqram əlyazmaya olan marağı geri qaytara bilər. Belə ki, kompyuter alqoritmi  istənilən insanın xəttini təyin edə bilir. 

“My Text in Your Handwriting”( Sənin xəttinlə yazılmış mənim mətnim ) adını almış proqrama sadəcə olaraq insanın özü tərəfindən yazılmış bir neçə cümlə lazımdır ki, yeni mətn üçün unikal xətt şrifti hazırlasın.

“Bizim proqram təminatımızın istifadə olunmaq üçün çox sahələri var,-  müəllif Tom Xeyns deyir-məsələn, insult keçirmiş xəstə heç kimin yardımı olmadan öz xətti ilə məktub yaza bilər . Yaxud İnternet maqazinlə gül sifariş edərkən ona öz xəttinlə yazılmış açıqça əlavə etmək olar. Proqram komikslərdə də istifadə oluna bilər. Belə ki, müəllifin orijinal yazı stilini qoruyaraq mətni istənilən dilə tərcümə etmək də mümkündür”.

Elektron alqoritm bazası analiz üçün xüsusi qliflər-unikal qrafik simvollar  istifadə edir. Hər birimiz eyni hərflərdən istifadə edərək yazırıq, lakin hərflər arasında məsafə, hərflərin meyllilik bucağı, axıcılığı və s. hər kəsin orijinal yazı stilini müəyyən edir.

Xətti yenidən yaza bilmək üçün proqram məktubda yazılan hərflərin qalınlığını, qonşu simvollarla məsafəsini, hündürlük və horizontal intervalları analiz edir.

“İndiyə kimi insan xəttinə oxşar komyuter mətni yazmaq üçün təyin olunan şriftlər tez ifşa olunurdu,- digər müəllif Oysin Mak Aoda danışır.- Belə şriftlərin proqlemi bütün mətnlərdə eyni şrift istifadə olunması idi.Bu da xəttin xaraktersiz olmasına səbəb olur. Bizim işimiz bu problemi həll edir. Bizə elə gəlir ki, bu proqram müxtəlif kommersiya və şəxsi sferalarda çox istifadə olunacaq”.

Yeni sistem məşhur tarixi şəxsiyyətlərin də xəttini istehsal etməyə imkan yaradır. Proqramın müəllifləri ACM Transactions on Graphics jurnalında Avraam Linkoln, Fredı Kalo və Artu Konan Doyla məxsus əlyazma xəttini təyin edib və dərc ediblər. (Təsəvvür edin ki, əlyazmalarla məşğul olan alimlər üçün tarixi şəxsiyyətlərin yazdığı bu və ya digər sözün nə məna kəsb etdiyini öyrənmək üçün necə vacibdir.)

Bu tapıntının effektivliyini yoxlamaq üçün alimlər bir qrup könüllüyə konvertlər üzərində yazılan yazının əlyazma olduğu və ya komyuterlə yazıldığını soruşublar. Sorğuda iştirak edənlərin 40% səhvən kompyuter mətnini əlyazma kimi seçiblər.

Proqramın tam əminliklə xətt yamsılama xüsusiyyətini nəzərə alaraq belə bir sual yaranır. İşbazlar bu proqram vasitəsilə hər hansı sənədin saxtasını düzəldə bilməzlərmi? Amma bu sualımıza tamam əks arqumentlə cavab aldıq. Belə ki, proqram nəinki saxta sənəd düzəltməyə imkan verməz, əksinə dərhal bunu seçib xəbər verər.

“Qrafik məhkəmə tibbi ekspertiza hələ də əllə yoxlanılır. Amma bizim qrup proqramdan istifadə etməklə hər bir xəttin xarakter cəhətlərini seçərək orijinal olub olmadığını rahat təyin edə bilərik”,-həmmüəllif olan Qabriel Brostou bildirib.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə