İnşaatçılara yaxşı işləməkləri üçün narkotik verilir
İnşaatçılara yaxşı işləməkləri üçün narkotik verilir
14 Avqust 2016 / 12:19 / Baxış sayı: 1036
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şimali Koreyada işçilərə yüksək templə işləmələri üçün narkotik tərkibli preparat verilir. Bizimxeber.az bildirir ki, bu barədə Telegraph nəşri yazır. Jurnalistlərin sözlərinə görə, qadağan olunmuş maddəni qəbul edən inşaatçılarda eyforiya hissi yaranır, iştaha isə kəskin azalır. 

Söhbət kristal tərkibli A sinif narkotik hesab olunan metamfetamindən gedir. Narkotikin təsiri 12 saat çəkir.  “Dopinq”in verilmə arealı dəqiq bilinmir. Telegraph bu maddənin ölkə miqyasında istifadə olunduğunu da  istisna etmir.

 Ötən əsrin 30-cu illərində alman ordusunda narkotikin kütləvi istifadəsi məlum idi.  Oyadıcı təsirə malik olan həbləri təkcə əsgərlər yox, həm də hərbi zabitlər də istifadə edirdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə