“İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”
“İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”
27 Oktyabr 2016 / 14:27 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov qalmaqallı yazıya açıqlama verdi. Qəzetin baş redaktoru Teymur Əhmədov Qaynarinfo.Az-a açıqlamasında bildirdi, gərək mətbuat xidməti bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı:

“Mətbuatda deyilənlər uydurma bir şeydir. Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq.

Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə