İndi 4G surətini Azercell-lə yaşamaq daha asan!
İndi 4G surətini Azercell-lə yaşamaq daha asan!
12 Oktyabr 2016 / 13:03 / Baxış sayı: 798
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yeni konsepsiyalı növbəti ofisin açılışı günü Azercell yeni 2 smartfon kampaniyasına birdən start verir!

Şirkətdən Bizimxeber.az-a daxil olan məlumata görə, sürətli mobil interneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azərbaycanın lider mobil operatoru Azercell Telekom “4G – indi burada!” layhəsi çərçivəsində abunəçilərini yeniliklərlə sevindirməyə davam edir. 11 oktyabr Z. Tagiyev 26A ünvanı, Fəvvarələr meydanında yerləşən Azercellin ilk və ən sevilən Müştəri Xidmətlərindən biri olan ofis yeni konsepsiya əsasında təmir edilərək yenidən istifadəyə verildi.

İstər dizaynda istifadə olunan müasir yanaşma, istərsə də mobil telekoma aid yeniliklərlə detallı tanışlıq üçün öz rahatlığı ilə fərqlənən yeni konsepsiya artıq Azercell müştərilərinə yaxşı tanışdı. İlk belə ofis ötən il 28 May küçəsində yerləşən Azercell Ekspresdə istifadəyə verildi. Bu ofislərdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Həmçinin, oktyabr ayının 11-dən bütün Azerell müştərilərinə inanilmaz fürsətlər və kampaniyalar təqdim olundu.

Beləliklə, yüksək sürətli və keyfiyyətli mobil internetdən istifadəni mümkün edən smartfonları və müasir cihazları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell 2 kampaniyaya birdən start verdi. Onlardan biri “General Mobile Android One” telefonunu eksklüziv olaraq ilk dəfə yalnız Azercell abunəçilərinə təqdim edir. Azercell 4G şəbəkəsinin üstünlüyündən rahat yararlanmağa imkan verəcək yeni “General Mobile Android One” smartfonunun üzərində abunəçinin seçiminə əsasən internet paketi də təklif olunur:

* General Mobile – Fakturalı xəttə keçən SimSim abunəçiləri 12 ay müddətində ayda cəmi 35AZN ödəməklə GM smartfonu+ aylıq 5GB internet əldə edəcək.

* LG Flex – Fakturalı xəttə keçən SimSim abunəçiləri 12 ay müddətində ayda cəmi 89AZN ödəməklə LM smartfonu+ aylıq 5GB internet əldə edəcək.

Kampaniyaya qoşulmaq üçün SimSim və fakturalı xətt abunəçiləri Azercell Müştəri Xidmətləri, Ekspres Ofislərinə və diler mağazalarına müraciət edə bilərlər.

Qeyd edək ki, Azercell şirkəti sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə dördüncü nəsil şəbəkəsinin əhatə dairəsini də əsaslı şəkildə genişləndirir. Təkcə 2016-cı ildə Bakıda və Abşeron yarımadasında Azercell 220 yeni LTE stansiyası quraşdırıb. Bununla da sürətli mobil internetə ən çox təlabat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79%-ə çatıb.

Son il ərzində mobil internetin keyfiyyətini artıran, tariflərdə isə 55% qədər endirim tətbiq edən Azercell, hamını öz 4G şəbəkəsində 100 Mb.s qədər sürətli və keyfiyyətli internetdən faydalanmağa dəvət edir!

Bundan əlavə, xatırladaq ki, may ayından etibarən bütün Azercell abunəçiləri istənilən Azercell Müştəri Xidmətləri Mərkəzi və Azercell Ekspres ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə etmək imkanını qazanıb. Məlumat üçün bildirək ki, Azercell Azərbaycanda ən sürətli mobil internet təqdim edən ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə