İnanılmaz: Putinin mobil nömrəsi açıqlandı
İnanılmaz: Putinin mobil nömrəsi açıqlandı
13 Oktyabr 2016 / 12:11 / Baxış sayı: 1338
Font1 Font2 Font3 Font4
Bizimxeber

İnternetdə Rusiya prezidenti Vladimir Putin və başqa 78 milyon Rusiya vətəndaşının nömrəsi yerləşdirilib. Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, internetdə phonenumber.to adlı sayt peyda olub. Sözügedən saytda Rusiya vətəndaşlarının adları, soyadları, ünvanları və mobil nömrələri yerləşdirilib.

İstənilən şəxs heç bir ödəniş etmədən bu məlumatları əldə edə bilər. Bu nömrələrin səhv və ya düz olduğunu yalnız yoxlayaraq öyrənmək mümkündür.

Maraqlısı budur ki, saytda Rusiya prezidenti Vladimir Putinin və onun mətbuat katibi Dmitri Peskovun da nömrələri var.

Saytın yaradıcıları bildirib ki, saytda yerləşdirilən məlumatlar sosial şəbəkələrdən toplanıb Eyni zamanda insanlar özləri də öz məlumatlarını daxil edə bilərlər. Lakin istifadəçilər saytda heç bir sosial şəbəkədə qeydiyyatı olmayan ailə üzvlərinin və yaxın qohumlarının da məlumatlarının yerləşdirildiyini qeyd ediblər.

Sorğulara sasən, istifadəçilər daha çox Savçenko, Poroşenko, İŞİD terror qruplaşması, Putin və digərlərinin telefon nömrələrini araşdırırlar.

Hazırda sayt fasilələrlə işləyir. Görünən odur ki, istifadəçilərin sayı getdikcə artdığı üçün resurs artan marağı qarşılaya bilmir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə