İmişlidə yaşayan fransız əsilli İbonna Botto ilə görüş keçirilib
İmişlidə yaşayan fransız əsilli İbonna Botto ilə görüş keçirilib
25 Noyabr 2016 / 18:19 / Baxış sayı: 452
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına daxil olan məlumata görə, 86 yaşlı İvonna Botto ilə il sonu bayramlarla bağlı Fransa səfirliyinin Konsul müavini Antuan Simönel və bu səfirliyin Mədəniyyət Attaşesi cənab Moris Rüfən görüşə gəlmişlər.

Bu gün İmişli rayonu Murğuzallı kəndinə Böyük Vətən Müharibəsi illərində Fransada partizan hərakatında iştirak etmiş Şirməmməd Şirməmmədovla ailə həyatı quraraq 1947-ci ildə bu kəndə gəlin köçmüş 86 yaşlı İvonna Botto ilə il sonu bayramlarla bağlı Fransa səfirliyinin Konsul müavini Antuan Simönel və bu səfirliyin Mədəniyyət Attaşesi cənab Moris Rüfən görüşə gəlmişlər.

Görüşdən əvvəl qonaqları qarşılayan rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev qonaqlarla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünü gül dəstələri qoyduqdan sonra Həydər Əliyev Mərkəzinə baxış keçirmişdirlər.

Daha sonra qonaqlarla birlikdə Fransa əsilli xanım İvonna Bottogilə gələn İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev burada da qonaqları bir daha salamlayaraq İvonna xanıma dövlətimizin göstərdiyi qayğılardan danışaraq bildirdi ki,dövlət bu xanıma və ailəsinə biri üç otaqlı və digəri dörd otaqlı olmaqla iki fərdi yaşayış evi tikmişdir və hər zaman bu ailənin dövlət və rayon rəhbərliyinin qayğısı altında olduğunu vurğulamışdır.

Bizimxeber.az

1 2 3 4 5 6



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə