İmişlidə məhsul bayramı
İmişlidə məhsul bayramı
29 Sentyabr 2016 / 18:24 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4
Bizimxeber

 İmişlidə Məhsul Bayramı keçirilmişdir.Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizimxeber.az saytına verilən məlumata görə,tədbirdə İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev,Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev,Millət Vəkili Çingiz Qənizadə, “Azərsun Holding”in icraçı direktoru Savaş Uzan, rayonun Hüquq mühafizə orqanlarının rəhbər işçiləri və digər rayon aktivləri iştirak etmişdirlər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulduqdan sonar İmişli rayon Mədəniyyət Mərkəzində davam etmişdir.

Giriş sözü ilə tədbiri açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev İmişli Şəkər Zavodunun rayonun həyatında oynadığı çox əhəmiyyətli rolundan danışmışdır.İlkin olaraq bu zavodun ən mühüm əhəmiyyətinin rayonun üç mindən çox sakininin işlə təmin etməsi,zavodun emal müəssisələrinin hesabına rayonun yerli büdcədən maliyyələşən şəhər və rayonlar sırasında olduğunu, bildirmişdir.

Daha sonra söz zavodun icraçı direktoru Savaş bəyə verilmişdir.Savaş bəy öz nitqində bu zavodun təməlinin Ümummilli lider Heydər Əliyevin xeyir duası ilə qoyulduğunu və 2006-cı ildə prezident İlham Əliyev tərəfindən açılışı olduğunu bildirmişdir.Natiq zavodun fəaliyyətindən və gələcək perespektivlərindən ətraflı danışmış və çıxışının sonunda rayon ictimayyətini “Məhsul Bayramı” münasibəti ilə təbrik etmişdir.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başaldı və tədbirə dəvət edilmiş respublikanın incəsənət xadimləri İmişli sakinləri qarşısında çıxış edərək tədbiri daha rəngarəng etdilər.

Bizimxeber.az

DSC_0636 DSC_0690 DSC_0756 DSC_0792 DSC_0800



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə