İmişlidə Konstitusiya Günü qeyd olunub
İmişlidə Konstitusiya Günü qeyd olunub
12 Noyabr 2016 / 10:51 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, İmişli rayonunda 12 noyabr Konstitusiya Günü qeyd edilib.

Tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev açaraq rayon ictimaiyyəti nümayəndələrini konstitusiya günü münasibətilə təbrik edib. Cənab Vilyam Hacıyev “Heydər Əliyev və müstəqil Azərbaycanın konstitusiyası” mövzusunda geniş məruzə ilə çıxış edib. V.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib. Müstəqil Azərbaycanın Konstitusiyası isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışan natiq bildirib ki, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatlar aparılıb. Cənab başçı Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbiri yekunlaşdıraraq ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin daha da inkişaf etməsinə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib. Sonda dövlət himni ilə tədbir yekunlaşıb.

Bizimxeber.az 

DSC_1199 DSC_1228



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə