Ramiz Əmirov Regional Təhsil İdarəsinin rəhbəri ola biləcəkmi?
Ramiz Əmirov Regional Təhsil İdarəsinin rəhbəri ola biləcəkmi?
17 Avqust 2016 / 13:03 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ölkənin təhsil sistemində baş verənlərlə bağlı ciddi müzakirə predmeti yaranıb. Müəllimlərin uşaqlara qarşı aqressiv davranışı, onları hətta vurması kimi videoların yayılması təhsil sistemində daha ciddi islahatların aparılmasını sürətləndimək üçün bir əsasdır. 

Baş verən hadisələr zamanı müəllim cəzalandırılır və ciddi qınaq obyektinə çevirilir. Amma burda başqa bir məqam var ki, həmişə diqqətdən qaçır.

O məqam ki, Təhsil Şöbə müdirləri və ya məktəb direktorları həmişə yaxasını kənara çəkib “öz işləri” ilə məşğul olurlar. Məktəb direktorlarının ümumiyyətlə, məktəb rəhbərliyinin savadsızlığından, idarəçilik qabiliyyətinin zəifliyindən, korrupsiyaya bulasmasından heç kim danışmaq istəmir.

Deyən yoxdur ki, direktorların da, Təhsil Şöbə müdirlərinin də başı yalnız pul qazanmağa qarışıb ki, nəticədə orta məktəblərdə çox ciddi hadisələr baş verir. Lakin bəzi rayonların təhsilində yaranan vəziyyət isə olduqca ciddi və təcili həllini gözləyən problemlərdəndir ki, bu isə nazir Mikayıl Cabbarovu qətiyyən narahat etmir. Nazir postuna yeni təyin olunanda dünya təhsil sisteminin Azərbaycana inteqrasiyasından ağız dolusu danışan cənab Cabbarovun indi səsi çıxmır. Təhsildə biabırçı hallar, korrupsiya, rüşvət isə daha ciddi vəziyyət almaqdadır.

Ötən günlərdə Bizimxeber.az-da olduqca maralı bir material çap olunmuşdu. faktlar o qədər biabırçı idi ki, biz onları ixtisarla vermək məcburiyyətində qalmışdıq. Belə ki, Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunurdu ki, İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov rayon təhsilini sözün həqiqi mənasında bərbad günə salıb. Müəllimlər bildirir ki, R. Əmirov sinif rəhbərlərinin 1 aylıq maaşını mənimsəmək istəyir.

Ümumiyyətlə, rayon məktəblərində ümumilikdə, 950 sinif rəhbəri var. Onların bir aylıq əmək haqqlarının mənimsənilməsi Ramiz Əmirovu təxminən 30 min manat qabağa salacaq. Fakültativləri öz yaxın adamlarının adlarına yazdırıb pullarını mənimsəyən Ramiz Əmirovun gözü doymur ki, doymur. Məktəblərdən müxtəlif bəhanələrlə pul yığılması adi hala çevrilib.

Narazılıq edən direktor isə ya vəzifədən uzaqlaşdırılır, ya da mütxəlif formada cəzalandırılır. Təsəvvür edin, Ramiz Əmirov bir məktəbə direktor təyin etmək üçün 3 nəfərdən pul alıb. Hələ də heç bir təyinat yoxdur. Aylardı pul aldığı adamlara müxtəlif yalanlar danışan R.Əmirov bu yolla vaxt udur.

Şəhər 7 nömrəli tam orta məktəbin direktoru yaş həddi ilə əlaqədar nazirlik tərəfindən işdən azad edilsə də, Təhsil Şöbəsinin müdiri onu başqa məktəbdə direktor kimi işlədir. Belə çıxır ki, Ramiz Əmirov həqiqətən də Təhsil Nazirliyinin əmr və göstərişlərinə əməl etmir.

Bu günlərdə isə redaksiyaya daha bir neçə maraqlı məlumat daxil olub. Belə ki, müəllim və direktorlarla özünəməxsus tərzdə davranan Ramiz Əmirovun cox ciddi bir istəyi də var imiş.

Bəlli olduğu kimi, artıq nazir Mikayıl Cabbarovun 2014-cü ildə Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı imzaladığı sərəncamla bağlı təyinatlar start götürüb. İllərdir bu vəzifəyə təyin olunmaq istəyən təhsil sahəsindəki bəzi adamlar ciddi mübarizəyə qoşulublar. Bu adamlar arasında Ramiz Əmirovun adı da çəkilir. Belə ki, Sabirabad Regional Təhsil İdarəsinin rəisi olmaq üçün çalışan R.Əmirovun istəyi baş tutumayıb.  Hətta onun aldadıldığı ilə bağlı məlumatlar dolaşır. Bəzi şəxslərə “Gözləyin təıyinatlar olsun, sonra sizi direktor təyin edəcəm” desə də illərdir tıyinatlar həyata keçirilmir”. Konkret faktlar barədə yaxın günlərdə…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə