İmamzadə dini kompleksinin baş axundu barədə şok faktlar
İmamzadə dini kompleksinin baş axundu barədə şok faktlar
29 Noyabr 2016 / 15:09 / Baxış sayı: 1496
Font1 Font2 Font3 Font4
Bizimxeber
İmamzadə dini kompleksinin baş axundu Hacı Tahir Abbaszadə özbaşına fəaliyyət göstərməklə məşğul olub.
Bu barədə Avropa.info-ya şəhər sakinləri məlumat veriblər. Gəncə şəhər sakini Ramiz Məmmədov bildirib ki, Hacı Tahir İmamzadəyə qurbanlıq üçün gətirilən hər qoyun üçün 8 AZN, gətirilən heyvanlara Quran oxutdurmaq üçün 4 AZN xidmət haqqı alıb.
Bundan əlavə, İmamzadədə dini əşyaların satışı adı altında yarmarka quraraq, xüsusi kadrlara təsbeh satdırır və bunun üçün ona kirayə verdiyi yerə görə 300 AZN ödənilir. Bütün bunlardan başqa axund Qafqaz Müsəlmanlar İdarəsinin təyin etdiyi sertifikatli mollalardan əlavə, özü 4 molla təyin edib, onlar da bunun əvəzində Hacı Tahirə xidmət haqqı olaraq 500 AZN ödəyirlər.
Gəncə sakininin sözlərinə görə, ən faciəlisi isə odur ki, Tahir dövlət rüsumundan əlavə olaraq, İmamzadədəki qəbir yerlərini də 2000 AZN-ə satır: “Onun ayrı-ayrılıqda 2 qəbir sexi var. Bu qəbir sexlərini onun qardaşı işlədir.
Gəncədə Mağar biznesi də Hacı Tahirin əlindədir. Ətrafında 10-dan artıq cangüdən saxlayır”.
Gəncə sakini bildirib ki, ziyarətahda belə çirkin əməllərin baş verməsi yolverilməzdir: “Hacı Tahir burada din adı altında şeytanlıqla məşğul olub. Biz gəncəlilər dövlətimizdən bu cür şeytanlıqla məşğul olan insanları müqəddəs ocağımızdan uzaqlaşdırmaq üçün kömək istəyirik”.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə