İltimas Məmmədov 1.5 milyonluq ittihama cavab verə bilmədi
İltimas Məmmədov 1.5 milyonluq ittihama cavab verə bilmədi
17 Noyabr 2016 / 11:48 / Baxış sayı: 796
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək istəmir. İ.Məmmədov “Report”a açıqlamasında ittihamlarla bağlı danışmaq niyyətində olmadığını deyib.”Ünvanıma səsləndirilən ittihamlarla bağlı açıqlama vermək niyyətində deyiləm”, – o, əlavə edib. 

Qeyd edək ki, noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və onun müavini İltimas Məmmədov ibtidai istintaq zamanı şahid qismində dindirilib: “Həmin şəxslərin ifadələri ittiham aktında istinad olunub.

Lakin nazir və onun müavininin adı hazırda şahidlər siyahısında qeyd edilməyib. Onların ifadələrində təqsirləndirilən şəxslərin ünvanına ittihamedici xüsusatlar öz əksini tapdığı üçün tələb edirəm ki, hər iki şəxs məhkəmədə şahid qismində ifadə versinlər”.

 “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov isə istintaqa ifadəsində nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə