İlkin Həsəni toyunun tarixini açıqladı
İlkin Həsəni toyunun tarixini açıqladı
19 Noyabr 2016 / 15:35 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4
Bizimxeber

Aparıcı, aktyor İlkin Həsəni şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. 

İlkin Həsəni teleqraf.com-a açıqlamasında  toyunun yazda olacağını açıqlayıb:
“Toyum, inşallah, yazda olacaq. Mətbuata qapalı olsa da, sosial şəbəkələrdə fotolar yerləşdiriləcək. Şəxsi həyatımın mətbuatda çox işıqlandırılmasını istəmirəm. Çünki bu, mənim həyatımdır. Nişandır, toydur eybi yox. Amma xırda məsələləri qabardıb, xəbər düzəltmək xoşuma gəlmir”.
İlkin Həsəni nişanlısı Aysel xanıma qadağasından da danışıb:
“Artıq mənim xasiyyətimi bilir. Hətta jurnalist dostlarımız da bilir ki, nəyi xəbər etmək olar, nəyi olmaz. Bu, mənim onlardan xahişimdir. Ona görə də qarşılıqlı bir-birimizi başa düşürük”.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə