İlin ən yaxşı gənc futbolçusu seçildi
İlin ən yaxşı gənc futbolçusu seçildi
24 Oktyabr 2016 / 9:51 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş  Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb. APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib. 

2003-cü ildə  “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir. Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı  futbolçudu.
Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub.  Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.
Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə