İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü
İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü
28 Noyabr 2016 / 18:04 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4
Bizimxeber

Noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının prezidentinə raport verdi. Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Belarus Respublikasının pezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

*   *   *14:36

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus prezidenti Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

*   *   *10:10

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana səfər edəcək. Virtualaz.org-un məlumatına görə, Belarus prezidenti Bakıda iki gün səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko həm təkbətək, həm də geniş tərkibli formada görüş keçirəcək. Bundan sonra bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir. Belarus prezidenti, həmçinin baş naziri Artur Rasizadə ilə də görüşəcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə