İlham Əliyevin lentini kəsdiyi yol 2 aya bu günə qaldı – Binə qəsəbəsi – FOTOLAR
İlham Əliyevin lentini kəsdiyi yol 2 aya bu günə qaldı – Binə qəsəbəsi – FOTOLAR
28 Oktyabr 2016 / 14:35 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4
Bizimxeber

Binə qəsəbəsinə gedən yolun yeni təhvil verilən hissəsində qoyulmuş bardürlər və tamet hissəsi yağışlardan sonra dağılıb. 

Bu haqda  qəsəbə sakinləri məlumat verib. Bildirilir ki, fotolar yolun Aviasiya Akademiyasının yaxınlığındakı hissəsindən çəkilib. Sözügedən hissə 1-2 ay öncə istifadəyə verilib. Yolun tikintisi “Azəravtoyol” tərəfindən aparılır.

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli isə yenə də əvvəlki kimi qurumun yarıtmaz fəaliyyətini müdafiə edərək bildirib ki, yolun tikintisi hələ yekunlaşmayıb və təmir işləri davam etdirilir: “Orada həmin hissələrin hamısı bərpa olunacaq. Hələ heç asfalt da tam olaraq çəkilib tamamlanmayıb. Asfaltın üst qatı qalıb”.

Maraqlıdır,  Anar Nəcəflinin müdafiə xarakterli açıqlaması sadəcə gülünc doğurur. Söhbət prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Bakı meri Hacıbala Abutalıbovun lent kəsib istifadəyə verdiyi yoldan gedir. Elə dağılmış hissə də yeni istifadəyə verilən yerdədir.

Anar Nəcəflinin dediklərini bir qədər də incələsək ortaya daha ciddi suallar çıxır. Tamamlanmamış yolun açılışına prezidenti niyə dəvət etmisiz?  Nə vacib idi? Tez tələsik yolu çəkib prezidentə göstərmək kimə sərf edirdi?

Umumiyyətlə, son aylar “Azəravtoyol” tərəfinən çəkilən yolların olduqca keyfiyyətsiz olduğunun şahidi oluruq. Bunun səbəbləri barədə araşdırma aparmaq lazımdır.

Bizimxeber.az

bine yol3 bine yol4 bine yol5 bine yol

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə