İlham Əliyevdən terrorçuluqla mübarizə ilə bağlı -SƏRƏNCAM
İlham Əliyevdən terrorçuluqla mübarizə ilə bağlı -SƏRƏNCAM
18 Noyabr 2016 / 22:34 / Baxış sayı: 922
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bizimxeber.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığını təmin etmək məqsədi ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilsin.

Ədliyyə, Maliyyə, Vergilər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılır ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim etsinlər.

Nazirlər Kabinetinə tapşırılır və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilir ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Mərkəzi Banka, Auditorlar Palatasına, Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməyə, Baş Prokurorluğa və Vəkillər Kollegiyasına Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək tövsiyə edilir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırlır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə