İlham Əliyev tacikistanlı həmkarını təbrik edib
İlham Əliyev tacikistanlı həmkarını təbrik edib
08 Sentyabr 2016 / 19:08 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli Emoməli Şərifoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Tacikistan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.

Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə