İlham Əliyev: “Seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur”
İlham Əliyev: “Seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur”
18 Oktyabr 2016 / 12:36 / Baxış sayı: 866
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib. İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.

“Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam”-İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.

 Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə