İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
04 Avqust 2016 / 18:22 / Baxış sayı: 658
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bizimxeber.az  xəbər verir ki, sənədə əsasən, qanunun 14-cü maddəsinin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri əlavə edilib.

Bununla da əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə