İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
30 Noyabr 2016 / 18:53 / Baxış sayı: 834
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Klaus İohannisə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab prezident. Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Rumıniyanı dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah diləyirəm”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə