İlham Əliyev Masallıda – Fotolar
İlham Əliyev Masallıda – Fotolar
03 Sentyabr 2016 / 11:43 / Baxış sayı: 1272
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev sentyabrın 3-də Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

Bizimxeber.az xəbər verir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyevə məlumat verilib ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Prezident həmçinin “ASAN həyat” kompleksinin açılışında iştirak edib. Ona məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.

Bizimxeber.az

 

İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar
İlham Əliyev Masallıda  -  Fotolar

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə