İlham Əliyev İtaliya prezidentinə başsağlığı verdi
İlham Əliyev İtaliya prezidentinə başsağlığı verdi
24 Avqust 2016 / 15:52 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının prezidenti Sercio Mattarellaya başsağlığı verib.

Bizimxeber.az  dövlət başçısının saytına istinadən bildirir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə