İlham Əliyev: “Etiraz etdi, sonra ölkədən qaçdı” – VİDEO
İlham Əliyev: “Etiraz etdi, sonra ölkədən qaçdı” – VİDEO
01 Sentyabr 2016 / 16:17 / Baxış sayı: 1596
Font1 Font2 Font3 Font4
Bizimxeber
Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində sərt çıxış edib.
Ölkə başçısı “Şahdəniz” layihəsinin müzakirəsi zamanı həmin vaxt vəzifədə olan bir məmurun buna etiraz etdiyini qeyd edib:
“O vaxt prezident Heydər Əliyev müşavirə keçirdi, bizi də dəvət etdi. Xoşbəxt Yusifzadə, mən ARDNŞ-in digər vitse-prezidenləri iştirak etdik. O zaman Azərbaycan rəhbərliyində bir nəfər buna etiraz etdi. O, çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi bəlli olur. Məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi. Layihənin əleyhinə böyük kampaniya aparırdı”.
Ölkə başçısının sözügedən çıxışını təqdim edirik:
Bu məqamda qeyd edirik ki, həmin şəxs o zaman Milli Məclisin spikeri olan Rəsul Quliyevdir. Sonralar mərhum prezident Heydər Əliyev çıxışlarının birində Rəsul Quliyevin müqavilənin imzalanmasının əleyhinə çıxdığını açıqlamışdı.(qafqazinfo.az)
Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə