İlham Əliyev və xanımı sərgidə – FOTOLAR
İlham Əliyev və xanımı sərgidə – FOTOLAR
23 Noyabr 2016 / 11:14 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezident İlham Əliyev “Baku Expo Mərkəzi”ndə “RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”ni ziyarət edib. Bizimxeber.az bildirir ki, dövlət başçısı yerli və xarici şirkətlərin sərgidə nümayiş etdirdiyi layihələrlə yaxından tanış olub.

Qeyd edək ki, sərgidə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin Azərbaycandakı səfirləri, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edir. Sözügedən sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli platformadır.

Sərgiyə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Rusiya, Gürcüstan, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkələrdən 100-ə yaxın brent əmlak, tikinti və inşaat şirkətləri qatılıb.

Noyabrın 24-dək davam edəcək sərginin təşkilatçıları Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətləridir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə