İlham Əliyev Bakı Şahmat Olimpiadasını açıq elan etdi-FOTOLAR
İlham Əliyev Bakı Şahmat Olimpiadasını açıq elan etdi-FOTOLAR
01 Sentyabr 2016 / 22:32 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib.

Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib.

Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə