İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi
İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi
15 Noyabr 2016 / 17:50 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizimxeber.az  xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili vəsatət verərək əlavə şahidlərin çağırılmasını istəyib, vəsatət baxılmamış saxlanılıb.

Məhkəmədə təqsirləndirilən M.Hüseynovaya sərbəst ifadə vermək təklif edilsə də, o, bundan imtina edib. Çıxış etmək üçün vaxt istəyib. Buna görə də proses təxirə salınıb.

Məhkəmə prosesi noyabrın 22-də davam etdiriləcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə