İki qardaş qazdan boğulub, yoxsa qətlə yetirilib? – FOTO
İki qardaş qazdan boğulub, yoxsa qətlə yetirilib? – FOTO
07 Noyabr 2016 / 14:35 / Baxış sayı: 636
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mərhumların bacısı ortada qanlı cinayət əməli olduğunu deyir 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bu ilin oktyabrın 4-də yaydığı xəbərə görə, Xırdalan şəhərində yaşayan İlham Musayev və qardaşı İntiqam evlərində dəm qazından zəhərlənərək ölüblər.

Müraciət edən Musayev qardaşlarının bacısı Musayeva Tamella Gümüş qızı qardaşlarının zəhərlənərək ölməsi iddiasını qəbul etmir. Onun sözlərinə görə, qardaşlarına işgəncə verilərək öldürülüb.

O deyib ki, Ermənistanın Qafan rayonunda anadan olan qardaşları 1989-cu ildən ölənə kimi Xırdalanda yaşayıblar: “Bu illər ərzində öz zəhmətləri ilə dolanıblar. İntiqam “35” nömrəli maşrut avtobusunda sürücü, İlham isə kran sürücüsü olaraq işləyib. Qardaşların cəsədi İlhamın evində tapılıb.

Həyat yoldaşı ilə münasibətləri qaydasında olmayan İlham boşanmışdı. Tək yaşayırdı. Son zamanlar evinin təmirinə başlanmışdı. Evdə təmizlik işi görən qadın qalmağa yerinin olmadığını deyərək qardaşımdan mənzildə qalmasına icazə verməsini xahiş etmişdi. Qardaşım əvvəl razı olsa da, sonradan onun evində qalmasını istəməyib”.

Tamella Musayevanın sözlərinə görə, son zamanlar İlhamın keçmiş həyat yoldaşı və xadimə qadınla yanaşı bir şəxslə də daşınmaz əmlak məsələsi ilə bağlı mübahisələri olub: “Həmin şəxs hazırda həbs həyatı yaşayır. Demək istədiyim odur ki, qardaşımla ədavəti olan şəxslər olub. Hüquq mühafizə orqanlarının məlumatına görə qardaşlarım bir yerdə duş qəbul edərkən dəm qazından zəhərləniblər. Birincisi, duş otağının sahəsi kiçik olub, ikincisi isə qardaşlarım nəinki bir yerdə duş qəbul etmək, heç bir yerdə əl-üz də yumurdular. Qardaşlarımın cəsədində xəsarət izləri açıq-aşkar görünür. Paltarlarında qan ləkəsi var. Onlar döyülərək öldürülüblər”.

Zərərçəkmiş deyir ki, oktaybrın 3-də vəfat edən qardaşından bir gün sonra məlumatları olub: “Polis bizə gec məlumat var. Halbuki qardaşlarımın telefonuna gün ərzində dəfələrlə zəng vurulub. Ailə üzvlərinə xəbər vermədən qardaşlarımın morqa aparıb, onu yarıb, orqanlarını çıxarıblar.
Biz qardaşlarımın cəsədini məscidə yumağa aparılarkən görmüşük. Onların dəm qazından ölməməsi aydın görünürdü.

Tibbi ekspertizanın da rəyi polisin məlumatı ilə eynidir. Yəni guya qardaşlarım dəm qazında boğlub. Mən bununla razı deyiləm. Hazırda iş prokurorluqdadır. Mən işin ədalətli şəkildə araşdırılmasını istəyirəm”./bizimyol/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə