Əsas menu

“İdeyadan Biznesə” layihəsinin budəfəki qalibləri – Fotolar 

Hər üç layihə avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıblar.

Oktyabrda keçiriləcək milli finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. Sonda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstərəcək. Həmçinin, Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı (“DronTech”) keçirilib. “DronTech” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “RoboPark”ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən təşkil olunub.

Olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arası 25 şagird ən uğurlu pilot olmaq uğrunda mübarizə aparıblar. Şagirdlər öz gücünü “Drone Race”, “Drone Football” və “Drone Challenge” olmaqla 3 fərqli kateqoriyada sınayıblar. Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif edilib.

Qaliblər Azərbaycanda ilk dron pilot uçuş vəsiqələrini əldə ediblər. “İnnoFest Village”də təşkil olunan tədbirlərdən biri də “TechFest” sərgisi olub.

Sözügedən sərgi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Mars Academy” tərəfindən Bakıda ilk dəfə keçirilib. “TechFest Bakı” yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, master-klaslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək üçün geniş imkanlar təqdim edib. Yerli “maker”lər öz məhsullarını innovasiyalar agentlyinin stendində nümayiş etdirib.

“İnnoFest Village”i ziyarət edən ABŞ-ın ölkəmizdəki səfiri Li Litsenberqer “TechFest” sərgisində olub. O, ən çox bəyənilən layihələri mükafatlandırıb.


Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*