İdeal İş həftəsinin müddəti hesablanıb
İdeal İş həftəsinin müddəti hesablanıb
29 İyul 2016 / 14:55 / Baxış sayı: 1464
Font1 Font2 Font3 Font4
Bizimxeber

Melburn Universitetinin (Avstraliya) və Keyo Universitetinin (Yaponiya) alimləri müəyyən ediblər ki, insan üçün ən rahat iş həftəsinin müddəti 30 saatdan çox olmamalıdır.

Tədqiqatda 7500 nəfər iştirak edib və onlara informasiya axınının mənimsənilməsi səviyyəsini göstərən testdən keçmək təklif olunub. Təcrübədə məlum olub ki, həftədə 30 saatdan çox işləyən adamlar tapşırığın öhdəsindən çox pis gəliblər. Amma iş həftəsi 30 saatdan az olan adamlar test suallarının 95 faizinə düzgün cavab veriblər.

Alimlər, həmçinin qeyd ediblər ki, gərgin iş qrafiki olan adamlarda yığılma xüsusiyyətinə malik olan yüksək yorğunluq səviyyəsi var. Bu, insanın məhsuldarlığının azalmasına səbəb olur. Buna görə də işəgötürənlər çox vaxt belə əməkdaşları işdən çıxarırlar.

Təcrübə rəhbəri bildirib: “Tədqiqatımız zamanı müəyyən etdik ki, insanlar üçün ideal iş həftəsi 30 saatdan ibarət olmalıdır. Digər hallarda insanlar ya həddindən artıq gücdən düşmüş, ya da çox yorğun olurlar”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə