İcra başçısının yumruqladığı Kolumbiya bayrağı imiş-FOTO
İcra başçısının yumruqladığı  Kolumbiya bayrağı imiş-FOTO
10 Noyabr 2016 / 9:16 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi, Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

Bizimxeber.az  xəbər verir ki, icra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif müxtəlif baxışlardan şərh edilib. Amma ən maraqlı olan odur ki, Ə. Abıyev Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan bayrağı ilə Kolumbiya bayrağının dəyişik salınması halı baş verib.

Bizimxeber.az

Ermənistan bayrağı 

Kolumbiya bayrağı

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə