İcra başçısının iddiası məhkəmə tərəfindən rədd edildi
İcra başçısının iddiası məhkəmə tərəfindən rədd edildi
08 Noyabr 2016 / 22:51 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun Cenubnews.com saytının redaktoru Mirələm Həşimova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə keçirilib.

Bizimxeber.az-ın Musavat.com-a istinadən məlumatına görə, bu barədə jurnalistin vəkili Cavad Cavadlı xəbər verib.

“Masallı Rayon Məhkəməsində şikayətin əsassız olması barədə verdiyimiz dəlillər məhkəmə tərəfindən qəbul edilib və icra başçısının şikayəti icraata qəbul edilməyib”, – deyə vəkil qeyd edib.

Xatırladaq ki, icra başçısı jurnalisti az öncə saytda getmiş “Masallıda pensiyaçılar etiraz etdi, yol bağlandı” xəbəri ilə bağlı məhkəməyə vermişdi. Redaksiya isə həmin xəbərdə heç bir təhqir, böhtan xarakterli fikrin, ifadənin yer almadığını bildirmişdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə