İbrahim Tatlısəs Günelə nişanda nə hədiyyə etdi? -FOTOLAR
İbrahim Tatlısəs Günelə nişanda nə hədiyyə etdi? -FOTOLAR
25 Oktyabr 2016 / 17:24 / Baxış sayı: 444
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib. Bizimxeber.az aznews.az-a istinadən bildirir ki, bu barədə sənətçinin atası Rəhman Zeynalov məlumat verib. Onun sözlərinə görə, nişan mərasiminə ailəyə yaxın qonaqlar dəvət olunublar: “Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdular. Çox adama əziyyət vermədik”. R.Zeynalov bildirib ki, Güneli təbrik edənlər arasında Türkiyənin tanınmış sənətkarı İbrahim Tatlısəs də olub: 

“Şəxsən özü telefonla Güneli təbrik etdi. İbrahim Tatlısəs İzmirdə idi. Əvəzində isə oğlu Əhməd Tatlısəs orada idi. Amma toy mərasimində İbrahim Tatlısəs Günelin yanında olacaq. Günelə çox hədiyyələr gəlmişdi. İbrahim Tatlısəs də Günelə qızıl göndərmişdi”. R.Zeynalov Günelin toyunun məhərrəmlik ayından sonra baş tutacağını dedi:

“Toya bütün sənət adamlarını dəvət edəcəyik”.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə