İbad Hüseynli: – ”Cənab Vasif Talıbovla görüş mənim üçün tarixi və yadda qalan oldu”
İbad Hüseynli: – ”Cənab Vasif Talıbovla görüş mənim üçün tarixi və yadda qalan oldu”
24 Avqust 2016 / 17:58 / Baxış sayı: 910
Font1 Font2 Font3 Font4
Bizimxeber

-İbad müəllim necə Azərbaycanı, Türkiyəni sevirsinizsə, Sizi də qarşılıqlı sevirlər, eyni diqqəti və sevgini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda da gormək olar… Bu tarixi diyar haqqında nə deyərsiniz? 

-Dediyiniz kimi, Naxçıvan Azərbaycanın ayrilmaz hissəsi və zəngin tarixi olan diyardir..1995-1996-cı illərlə müqayisədə bu gün Naxçıvan çiçəklənən bir şəhərə çevrilib. Naxçıvan dahilər yetişdirib… Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçılarından olan cənab Vasif Talibov demək olar ki, Naxçıvanı yenidən yaratdı. Naxçıvana addım atan hər kəs gorür ki, Naxçıvan bu gün necə gözəlləşib, inkişaf edib… yeni-yeni layihələr, içtimai obyektlər, tarixi yerlərin abadlaşdırılması, yenidən bərpası…. Təbii ki, bütün bu ugurlu siyasətin, inkişafın arxasında gecə-gündüz çalışan, ömrünü Naxçıvanın çiçəklənməsinə həsr edən Vasif Talıbov kimi bir rəhbər var.

İbad Hüseynli:

İlk dəfə Naxçıvana getməyim yadıma düşdü… Məni çox mehribanlıqla, yüksək səviyyədə qarşıladılar. MTN-ə dəvət elədilər, sonra cənab Vasif müəllimə bildirdilər ki, Naxçıvana belə bir adam gəlib. Dərhal mənə öz diqqətini, qayğısını göstərdi, məni qəbul etdi.

Gözləmədiyim səmimiyyətlə məni qarşıladı, maraqlı söhbətlərimiz oldu, mənim üçün yadda qalan və tarixi bir görüş oldu. Görüşdə cənab Vasif Talıbov mənə Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi münasibətilə buraxılmış Xatirə sikkəsini təqdim etdi. Eyni zamanda məni Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi şərəfinə buraxılmış xatirə sikkəsi ilə də mükafatlandırdı.

Təbii ki, mənə göstərilən diqqət və ehtirama gorə mən Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə xüsusi olaraq təşəkkur edirəm. Vasif müəlim dövlətinə şərəflə xidmət edir və necə ki, Ulu Öndərimiz xüsusi addımları ilə özündən sonrakılara örnək olub, Vasif müəllim də həmçinin özündən sonrakılara örnək olaraq qalacaqdır. Tarixi tarix olaraq yaşadan da elə rəhbərlər, liderlərdir. Mən də özümü xoşbəxt və şanslı vətəndaş hesab edirəm ki, tarixi insanların diqqəti, sevgisi hər zaman üzərimdə olub. Mən ora nə zaman getsəm eyni cür sevgini və diqqəti görürəm. Mən hər yerdə, hətta bir neçə televiziya kanallarında da demişəm Naxçıvanın çox vətənpərvər, diqqətli insanları var. Bu barədə çox danışmışam. Hətta bir çoxları məni Naxçıvanlı bilirdilər…

İbad Hüseynli:  -Ulu Öndərimiz Heydər Əliyevin sizın taleyinizdəki izləri haqqda, hətta qayıdışından sonra gəldiyi ilk cəbhə bölgəsi də sizin hərbi hissə olmuşdu. Heydər Əliyev sizin üçün kimdir?

-Heydər Əliyev mənim üçün Peygəmbər qədər seviləcək insan idi, şəxsiyyət idi. Bu, tək mənim yox, Azərbaycan xalqının düşüncəsidir. Onun ideyaları və bu ideyalardan irəli gələn əməli işlər zaman –zaman həyata keçməkdədir və bunu hər kəs görür və şahidi olur. Tanrının sevdiyi və seçdiyi liderlik missiyası ilə Azərbaycanın xilaskarına çevrildi. Bizi 1993 cü illərdə səngərlərdən çıxardırdılar, guya ki, dincəlməyə gondərirlər…onun qarşısın mən aldım. Bunu hamı bilirdi…O zamanlar həmin ərazidə ən böyük döyüş qabiliyyətli hərbi hissə mənim qulluq etdiyim tabor idi. Mənim başçılıq etdiyim kəşfiyyat taqımı ilk olaraq tərk-silah edilməli idi. Bizi səngərlərdən çıxardıb 15-20 km. arxaya gətirmişdilər, hamının silahlarını təhvil alırdılar, səbəbi bilinmirdi…. mən elə bil yuxudan ayıldım və lazım olan addımları atdım, beş addım qabaga yeriyib silahı hazır vəziyyətə gətirdim. Bu planı həyata keçirən yüksək rütbəli zabitlərə bu əmrə tabe olmayacağımı bildirdim. Başa düşürəm ki, bu addımım hərbi nizamnaməyə zidd idi. Lakin həmin dövrü də nəzərə almaq lazımdır. Əsgərləri yenidən qaytardım cəbhəyə, səngərlərə. Dedim burdan bizi ölüm ayıra bilər.Nəticədə həmin ərazidə yeganə döyüş qabiliyyətli tabor tərk-silah edilmədi. Ən dəhşətlisi bu idi ki, bu məkrli plan tərk-silah ediləcək hərbi hissələrin yerini tamamilə boş saxlamaq məqsədi daşıyırdı.Buna isə xəyanətdən başqa ad vermək olmaz. (Və bu gün həmin yüksək rütbəli insanlar məndən qisaslarını səviyyəsiz və özlərinə məxsus şəkildə anti-filmlə, ürəkbulandıran yazılarla alırlar)

Bu hadisəni o zamanlar Heydər Əliyev televiziya vasitəsilə danışmışdı. Sadəcə o hadisəni mənim etdiyimi bilməmişdi deyə adımı hallandırmamlşdı, bir qrup əsgər demişdi. Sonradan bildi ki, onu mən eləmişəm. 1994 –cü ilin aprel ayında birbaşa getmişdi bizim səngərə. Mən onda ağır yaralanmışdım. Ulu Öndər bizi çağırtdırmışdı, mənim kəşfiyyatçılarımla şəkil çəkdirmişdi, onlara həddiyyələr, saatlar vermişdi. Ulu Öndər gülə-gülə soruşmuşdu bəs bu kəşfiyyatın komandiri hardadı, hərbi hissənin komandiri yaralanıb demişdi. Orada Ulu öndər demişdi ki, onu mən Azərbaycanın milli qəhrəmanı elan edirəm. Sənədlərini göndərin.

 

-İbad müəllim uşaqlıgınız bitməmiş, təhlükəli zamana təsadüf edən hərbi xidmətiniz olub, qayıdandan müharibənin içində oldunuz, kəşfiyyatçı , kəşfiyyat komandiri, əlçatmaz və gözə-görünməz döyüşçü…. tank eləyhinə minaya düşüb agır yaralanmaq, xəstəxanalar, bir ay koma, illərlə çəliklə gəzmək, taleyiniz üzünüzə az gülüb…..Və bu gün də Türkiyədə baş verən hadisələrə şahidlik etmək, qaynar nöqtələrdə o təhlükəni hiss etmək… bunları necə adlandırmaq olar?

-… Bu mənim taleyimdi, alın yazımdı… dəyişəcək və deyiləcək bir şey yox. Yaşadıgım agrılar acı da olsa ,şərəfli idi… yalnız içimdə tapmadıgım rahatlıq, başımızı aşagı edən geri almadıgımız Qarabag var … İnanıram ki, bu yolda əlindən gələni əsirgəməyən Ulu Öndərimiz Heydər Əliyevin həm mənəvi, həm də siyasi varisi cənab prezidentimiz İlham Əliyev öz siyasəti ilə bizi sabaha ümidləndirən addımlar atır və atacaq. Biz bunu görürürük və inanırıq.

MÜHARİBƏ QƏHRƏMANLAR DA YETİŞDİRİR, ŞƏRƏFSİLZLƏR DƏ…

-Müsahibələrinizin birində deyirsiniz ki ,müharibə qəhrəmanlar da yetişdirir, şərəfsilzlər də …
-Bəli demişəm, əlbəttə, elədir… o zamanlar özbaşınalıq, hakimiyyət zəifliyi, mənəm-mənəmlik, kreslo davası bir tərəfdən, digər tərəfdən isə müxtəlif əqidəli insanların orduya soxulması cəbhədə acınacaqlı vəziyyət yaratmışdı. Bəzilərinin müharibəyə qazanç yolu kimi də baxdıgı isə heç kimə sirr deyil. Torpaqları qoruyan əsasən yurdları işğala məruz qalmış və cəbhəyanı ərazilərin sakinləri idi, vətəni sevən, vətən naminə candan-qandan keçən oğullar az deyildi, amma müharibə həm də çirkinliklərin də üzə çıxdığı meydandır. İnanın ki, öndə gedən döyüşçülərə qibtə edən, paxıllıq edənlər də vardı, çünki bunları gözümlə gormüşəm, şahidi olmuşam, ona gorə də elə deyirəm. Bu səbəbdəndir ki, indi bəziləri internetdə başqa adla “qəhrəmanlıq” edirlər…

VƏTƏN SEVGISI ÖLMÜR, VƏTƏN ÜÇÜN ATILAN ADDIMLAR ƏBƏDIDIR…

-İbad müəllim sizdən kifayət qədər müsahibələr götürülüb, kifayət qədər yazılar, kitablar, jurnallar var. Saysız hesabsız Türkiyə , Ukrayna görüşləri … Son vaxtlar isə sizi Moskvaya dəvət etdilər. Necə keçdi görüş?

-Moskvada keçirilən görüşə getməyimə narazı və narahat olanlar vardı. Ələxüsus da Türkiyə-Rusiya münasibətlərinin gərginləşdiyi bir zaman idi,buna baxmayaraq getdim və çox maraqlı görüş keçdi. Rusiyanın tanınmış jurnalistləri, deputatları da qatılmışdı. Hətta bir layihəmiz də vardı, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində… Biz layihəni gerçəkləşdirənə qədər artiq münasibətlər öz yoluna qaytarıldı. Və bu istiqamətdə təbii ki, bizim cənab prezidentimizin də böyük rolu oldu.Bilirsiniz hər kəsin bir missiyası olur… Mənim missiyam vətən uğrunda savaşmaq oldu və həyatımda hər şey o tükənməyən sevgidən başladı. Vətən sevgisi ölmür, vətən üçün atılan addımlar əbədidir… çünki səndən sonra gələcək nəsillərdən ən azı biri sənə bənzəsə, o da yetərlidir. Mən hər kəsə vətən sevgisi arzulayıram…

-Azərbaycan qədər Türkiyəni də sevən və onu ikinci vətəni hesab edən İbad müəllim 15 iyul Türkiyədə baş veren çevrilişin canlı şahidi oldu…. Qismətmi idi, təsadüfmi idi ?

-Mən Türkiyədə son 4-5 il ərzində çox gözəlliklərin, yadda qalan tarixi anların şahidi oldum. Yəqin Türkiyənin agır günündə orda olmagı haqq etdim və çox üzüldüm… Ankarada dəyərli dostlarımızla , Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçu, Ankara Gölbaşı Bələdiyyəsinin başqanı Fatih Durayla çay süfrəsi arxasında oturmuşduq. Birdən dostumuzun telefonuna gələn mesajdan həyəcanlandı… və ayaga qalxdı… birdən –birə Ankarada səs-kuy, helikopterlər…. Bir anlıq yuxu kimi gəldi. Bu, acı və kədərli həqiqət idi…

-Bir anlıq nə hiss keçirdiniz?

-Bir anlıq gözümün qabağına Qarabağda olan hadisələr gəldi, qaça-qaç, hay-küy, qışqırıqlar varıydı, bomba səslərini eşidirdik. Heç kimin ağlına gəlməyən xaos …

-Azərbaycan vətəndaşı olaraq necə baxırsınız baş verən hadisələrə?

TÜRKİYƏ ÖZ BÖLÜNMƏZLİYİNİ VƏ BÖYÜKLÜYÜNÜ NÜMAYIŞ ETDİRDİ…

-Təbii ki, mən yaxşı baxmıram… Ankara bir anlıq Suriya, İraqı xatırlatdı. Hazırlanmış plan Türkiyəni dağıtmaq, parçalamaq istiqamətinə hesablanmış əsas hədəf isə Türkiyənin Cumhur Başkanını fiziki cəhətdən məhv etmək idi.

Durmadan inkişaf edən Türkiyəni təbii ki, istəməyən qüvvələr çoxdur, türk dünyasının bütövlüyünü istəməyən, onun inkişafının qarşısını almaq üçün əlindən gələni edən şərəfsiz türk düşmənlərı var. Və biz bu düşmənçilıyın şahidi olduq… Bu hadisə bir daha gostərdi ki, maneələrə baxmayaraq türk dövlətləri birləşməli, bir yumruq kimi olmalıdır. Son hadisələr onu da göstərdi ki, millət, xalq öz iradəsinə sahib olmagı bacarır və vətən anlamı onlar üçün öndə olan and yeridir. Türkiyə həm də bizim üçün, Azərbaycan üçün dayaqdır, qardaşdır , nəinki bizim üçün, hətta bütün türk dünyası ölkələrinin,müsəlman aləminin desək, daha dogru olar. R.T.Ərdoganın son illər Türkiyə üçün atdıgı addımlar, həm siyasi,həm iqtisadi, həm mədəni və bütün sahələrdə olanlar göz qabagındadır… Və bunu gorən, lakin həzm edə bilməyənlər də gizli-gizli özlərinə layiq planları həyata keçirə bilmədi…Nə qədər günahsız insanlar şəhid oldu, Türkiyə nə qədər mənəvi sarsıntı keçirdi, iqtisadi baxımdan çox geri düşdü… amma öz iradəsini, vətən sevgisini, bölünməzliyini nümayiş etdirdi. Budur Türk millətinin böyüklüyü…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə