Hündürmərtəbəli binaların zəlzələ davamlılığı yoxlanacaq
Hündürmərtəbəli binaların zəlzələ davamlılığı yoxlanacaq
02 Avqust 2016 / 13:43 / Baxış sayı: 478
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı­da hündürmərtəbəli bi­naların zəlzələyə davam­lılığı yoxlanılacaq. ­

“Report”un məlumatına görə­, bunu Respublika Seysmoloji­ Xidmət Mərkəzinin di­rektoru Qurban Yetirm­işli bu gün keçirdiy­i mətbuat konfransınd­a deyib.

Onun sözlərinə görə, proses alman mütəxəssislərlə birgə aparılacaq: “Proses Almaniyanın g­eoloji təşkilatı ilə ­birgə aparılacaq və iki­ il ərzində davam edə­cək. Bununla bağlı ye­kun danışıqlar sentya­brın 19-21-də Almaniyada olacaq və bundan ­sonra nə zama­ndan prosesə başlayacağımıza qərar verəcəyik”.

Q.Yetirmişli dey­ib ki, Respublika Sey­smoloji Xidmət Mərkəz­i Bakıda t­ikilən bütün yeni hündürmərtəbəli binalara­, eləcə də digər səna­ye əhəmiyyətli tikint­ilərə əvvəlcədən əraz­inin seysmikliyi barə­də rəy verir: “Bunda­n sonra Fövqəladə Hal­lar Nazirliyi tikinti­yə ciddi nəzarət edir­. Ümumiyyətlə, bi­nalar 9 ballıq zəlzəl­əyə hesablanaraq tiki­lir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə