Hökumət qərar verdi: Bu məhsullar rüsumdan azad olunacaq
Hökumət qərar verdi: Bu məhsullar rüsumdan azad olunacaq
01 Oktyabr 2016 / 17:58 / Baxış sayı: 1862
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gələn həftədən Azərbaycana idxal edilən DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar gömrük idxal rüsumundan azad ediləcək.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri gömrük idxal rüsumundan azad ediləcək. Bu qərar 3 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Əgər televizorda rəqəmsal kanal qəbuledicisi yoxdursa, DVB-T və DVB-T2 standartına standartını dəstəkləyən əlavə dekoder əldə edərək bu çatışmazlığı aradan qaldırmaq olar.

Bizimxeber.az



Hökumət qərar verdi: Bu məhsullar rüsumdan azad olunacaq yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə