Hindistanlı siyasətçi qızına dəbdəbəli toy etdi — FOTO- VİDEO
Hindistanlı siyasətçi qızına dəbdəbəli toy etdi — FOTO- VİDEO
16 Noyabr 2016 / 18:34 / Baxış sayı: 1174
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hindistanlı siyasətçi Qali Canardhana Reddi qızı Brahmaninin toy mərasimi üçün 74 milyon dollar pul xərcləyib. Qonaqlara zərli dəvətnamə göndərilib.

Ölkə.Az xəbər verir ki, cütlüyü təbrik etmək üçün 50 min qonaq təşrif buyurub.

Bollivud ulduzları qonaqları əyləndirməklə məşğul olub.

Hindistanda maliyyə böhranı yaşandığı üçün Reddi toy mərasimi üçün bu qədər pul xərclədiyinə görə tənqid edilib.

Sabiq nazir Canardhana Reddi qızının gəlinlik paltarına 2 milyon, onun zinət əşyalarına və daş-qaşına 10 milyon dollar ödəyib.

Qeyd edək ki, Hindistanda kölgə iqtisadiyyatı, saxta pul dövriyəsi və terrorizmin maliyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün 500 və 1000 rupilik kağız pullar tədavüldən qaldırılıb.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə