Hillari Klintonun namizədliyi təsdiq edilib
<b>Hillari Klintonun namizədliyi təsdiq edilib</b>
27 İyul 2016 / 10:00 / Baxış sayı: 564
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı partiyanın Filadelfiyadakı (Pensilvaniya ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Beləliklə, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə olaraq sistem formalaşdıran iki siyasi partidan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Klintonun seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında verməsi planlaşdırılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə