Klintonun köməkçisi radikal islamçıdır-FOTO
Klintonun köməkçisi radikal islamçıdır-FOTO
22 Avqust 2016 / 10:41 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, Hillari Klintonun seçki kompaniyasının sədr müavini olan Huma Abedin radikal islam jurnalının əməkdaşı olub. The New York Post qəzeti məlumat verir ki, Abedin anasının Səudiyyə Ərəbistanın nəşr olunan jurnalında 10 il redaktor olub. 

“Açıq geyinən xanımların özlərinin zorlanmağa təhrik etdikləri” barədə yazılar yazan Abedin həmçinin, ABŞ-ın İraqa sanksiya tətbiq etməklə 11 sentyabrda baş verən terror hadisəsində də özünün günahkar olduğunu bildirib.

Huma Abedin 20 il müddətində Hillari Klintonun ən etibarlı adamıdır. 2012-ci ildə xanım Hillari dövlət katibi olanda departament konservantlardan Abedinin ailəsinin “Əl-Qaidə” və  “Müsəlman qardaşlığı” birliyi ilə  əlaqəsi olması barədə məktublar alıb. Lakin o zaman departament bu ittihamları təkzib etmişdi.

İTAR TASS xəbər verir ki, Journal of Muslim Minority Affairs jurnalının “səudiyyənin propoqanda orqanı ” kimi təqdim edən The New York Post nəşridir. Məqalədə həmçinin qeyd olunur ki, Abedin 10 il o nəşrin redaktoru işləyib. Klintonun köməkçisinin anası isə hələ də adıkeçən nəşrdə baş redaktor vəzifəsində çalışır və Vaşinqtonun , eləcə də Klintonun şəxsi fikirləri ilə üst-üstə düşməyən bir çox məqalələrin altına imza atır.

 Məqalədə daha sonra qeyd olunur ki, Huma Abedin “Klintonun ən qədim və inanılan köməkçisidir”. O Klinton hələ Ağ evin birinci xanımı olan zamanda stajer işləməyə başlayıb və Klinton Nyu-Yorkun senatoru, daha sonra dovlət katibi olan zaman da davam edib.
Hal-hazırda Huma Abedin Klintonun prezidentliyə seçki kompaniyasını keçirtməyə aktiv kömək edir. The New York Post daha sonra qeyd edir ki, “Klinton ABŞ prezidenti olarsa Ağ evdə çalışanların rəhbəri ola bilər”.
Bizimxeber.az

 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə