Heyvanları öldü- İntihara cəhd etdi
Heyvanları öldü- İntihara cəhd etdi
05 Oktyabr 2016 / 20:57 / Baxış sayı: 1132
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mal-qarası tələf olan Astara sakini özünü zəhərləyərək xəstəxanalıq olub.


Hadisə rayonun Şiyəkəran kəndində baş verib. Belə ki, heyvandarlıqla məşğul olan kənd sakini 55 yaşlı Sadiq Əliağa oğlu Teymurovun vəziyyəti qəfil pisləşdiyindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Müayinəsi aparılan Sadiq Teymurova dərman zəhərlənməsi diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti hazırda ağırdır.

Araşdırmalar zamanı məlum olub ki, 10 baş mal-qarası olan Sadiq Teymurovun heyvanları xəstəliyə tutulduğundan 5-i tələf olub. Profilaktik tədbirlər aparılsa da, yerdə qalan heyvanların da sağ qalmasına ümidlər azdır. Bundan sarsılan heyvan sahibi dixlofos adlı dərman qəbul edib.

Qeyd edək ki, artıq kənd ərazisində onlarla heyvan tələf olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə