Heykəltaraş şəhidə heykəl qoyulur
Heykəltaraş şəhidə  heykəl qoyulur
22 Sentyabr 2016 / 15:46 / Baxış sayı: 126
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli hazırlanıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən hazırlanıb.

R.Qarayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, S.Kaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: “Samir mənim dostum olub. O, şəhid olandan sonra biz yaxın adamlarla məsləhətləşib bu qərara gəldik ki, heykəlini yaradaq. Uşaqlar da mənim hazırlamağımı istədilər. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq”.

R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: “İki gün öncə bitirmişəm”.

Qeyd edək ki, S.Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə