bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Heydər Əliyev yoluyla, İlham Əliyev siyasətiylə gedirəm” — Sabiq deputat ARXİV FOTOLARINI PAYLAŞDI

4482 oxunma | Tarix: | 1 həftə öncə

Sabiq deputat, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Axundzadə sosial şəbəkədə Ümummilli lider Heydər Əliyevlə çəkdirdiyi fotoları paylaşıb. Bizimxeber.az xəbər verir ki, Axundzadə paylaşımını belə şərh edib:

“”Sən getdiyin yolları mən qayıdıram” deyənlərədir sözüm! Sən getdiyin yol səhv olduğu üçün qayıtmısan. Bax, mən hələ də gedirəm. Mənim yolum Heydər Əliyev yolu, İlham Əliyev siyasətidir. Fəxr edirəm ki, bu yolla gedirəm”.

XƏBƏRLƏR:  Hökumətdə hansı qurumlar ixtisara düşəcək? – Maraqlı mülahizələr

Qeyd edək ki, Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub.  1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib.

1992-ci ildən yəni yaranan gündən Yeni Azərbaycan Partiyasının uzvüdür. YAP Naxçıvan MR Gənclər Təşkilatının sədri (1995-2000), 1999-cu il YAP birinci Qurultayında YAP Siyasi Şurasının üzvü seçilib. 2016-cı ildən indiyədək Səbail Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır.

XƏBƏRLƏR:  Rövşən Rzayev: "Fərdi evlərdə yaşayan məcburi köçkünlər həmin evlərdən çıxarılacaq"

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir