Heydər Əsədov böyük bazarlara baş həkim təyinatı etdi – Püşkatma keçərli olmadı…
Heydər Əsədov böyük bazarlara baş həkim təyinatı etdi – Püşkatma keçərli olmadı…
10 Avqust 2016 / 12:41 / Baxış sayı: 1658
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir ay əvvəl Heydər Əsədovun iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyində “Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair” geniş tərkibdə iclas keçirilmişdi. İclasda xanım baytar həkimlərə qarşı kobud rəftarı ilə diqqət çəkən H.Əsədov bir neçə xanımı işdən də qovmuşdu.

Gərginlik şəraitində keçən iclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanovun da fəqaliyyəti tənqid olunaraq ona xəbərdarlıq belə edilmişdi. Nazir A.Süleymanova qışqıraraq problemlərin dərhal həll olunmasını tapşırmaqla yanaşı, baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirlərinin güya şəffaf seçimi də həyata keçirilmişdi.

Bizimxeber.az olaraq biz o zaman bildirmişdik ki, nazir Heydər Əsədov bununla şəffaf olduğunu göstərmək istəsə də, bəzi məqamları daha gizlin şəkildə həyata keçirməyi unutmuşdu. Belə ki, Bakının daha böyük bazarlarının nömrəsi qutuda atılmamışdı və bu bazraların baş həkimi dəyişdirilməmişdi.

Məsələn, Bakının ən məşhur “8 kilometr bazarı”, 3-cü mikrorayon bazarına baş həkim seçimi edilməmişdi. Bundan başqa məmurlara məxsus böyük kəsim sexlərindəki baş həkimlər yerində saxlanılmışdı.

Bizimxeber.az-a daxil olan məlumata görə, Heydər Əsədov sözügedən böyük bazarlara baş baytar həkim təyinatı edib. Hansı ki, bu həkimlər püşkatmada iştirak etməyiblər. Mənbə bildirir ki, 3-cü mikrorayon bazarına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun yaxın adamı təyin olunub.  “8 kilometr bazarı”na isə təyin olunan baş həkim Prezident Administrasiyasında çalışan yüksək çinli məmurlardan birinin yaxən adamıldır. Bu şəxslərin adlarını yaxın günlərdə sizə təqdim edəcəyik…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə