Heydər Əliyevin hədiyyəsinə hörmətsizlik
Heydər Əliyevin hədiyyəsinə hörmətsizlik
24 Noyabr 2016 / 22:09 / Baxış sayı: 1204
Font1 Font2 Font3 Font4
Bizimxeber

Uzun illərdir Türkiyə Böyük Millət Məclisinin müxalifət kulisinin divarından asılan, 90-cı illərin əvvəllərində Azərbaycanın o dövrkü prezidenti Heydər Əliyevin Ankaraya səfəri zamanı hədiyyə apardığı, üzərində marşal uniformalı Atatürk porterti həkk edilmiş xalça müxalifətlə hakim AKP arasında mübahisə predmetinə çevirib. Həmin xalça Azərbaycanın məşhur xalça ustası Lətif Kərimov tərəfindən toxunub, Heydər Əliyev tərəfindən TBMM-in o vaxtkı rəhbəri Hüsaməddin Cindoruka hədiyyə edilib. Cindoruk hədiyyəni parlamentin zallarından birində divardan asdırıb.

Virtualaz.org bir müddət əvvəl xəbər vermişdi ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı qiyamçıların F-16 təyyarəsi ilə bombaladığı TBMM binasında aparılan təmir işləri çərçivəsində binanın müxalifətçilərin toplantı keçirmək üçün istifadə etdiyi zalının divarından həmin xalçanı endiriblər. Atatürkün marşal uniformalı portreti həkk olunmuş xalçanın divardan endirilməsi ana müxalifət partiyası CHP-də etirazlar doğurub. TBMM rəhbərliyi bunu əvvəlcə zalda aparılan təmir işləri ilə əsaslandırıb, daha sonra AKP-çilər Atatürkün hərbi geyimli portretinin parlament binasından asılmasını düzgün saymadıqlarını deyiblər. Xalça TBMM başqanlarına verilən hədiyyələrin saxlanıldığı anbara təhvil verilib.

Türkiyə KİV-ləri xəbər verir ki, CHP-çilər xalçanın geri qaytarılması üçün parlament rəhbərliyinə, TBMM rəsmilərinə dəfələrlə müraciət edib. Lakin onların istəyi təmin olunmayıb. Nəticədə bu gün CHP millət vəkilləri həmin zalın divarından üzərində Atatürkün marşal formalı portreti olan xalçanın bənzərini asıblar. Bu münasibətlə CHP-çilər tədbir keçiriblər. CHP millət vəkili Levent Gök deyib ki, xalçanın orijinalını başqa yerdə bağlı qapılar arxasında saxlayırlar və nəticədə onlar portretin yerindən oxşarını asmağı qərara alıblar.

Onun sözlərinə görə, portretin divardan asılması üçün texniki işçilərdən yardım istəsələr də işçilər bəhanə gətirərək yardım etməyiblər. Nəticədə portreti divardan müxalif millət vəkilləri özləri asıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə