Əsas menu

Həyat yoldaşının boğazını kəsən şəxs saxlanıldı – Cinayət işi açıldı 

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb. Hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib. Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib. Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən F.İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib. F.İbrahimov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*