Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Hərə öz ailəsini güclə dolandırır” – Manaf toysuzluqdan şikayətləndi

1390 oxunma | Tarix: | 1 ay öncə

Müğənni Manaf Ağayev “5 də 5” verilişinin növbəti qonağı olub. “Yeni Sabah” xəbər verir ki, yerli şou-biznesin ən zəngin simalarından hesab edilən Manaf Ağayev artıq  xeyriyyəçilik etməməsinin səbəbini açıqlayıb. O, toyların azalmasından gileylənib:

“Mən əvvəl azdan-çoxdan kiməsə nəsə edirdim, sonra gördüm ki, mən çox səhv etmişəm. Çünki bütün respublika istədi. Elə bildi ki, mən bu işə baxıram. Mən öz ailəmi saxlayıramsa, bacı-qardaşa nə isə edə bilirəmsə, mən böyük adamam. Bu o demək ki, mən gedim dava-dərmanla, iynə ilə oxuyum, gəlim yoldan keçənə verim. Qabakı qazanc yoxdur. Qabaq ayda 25-30 toya gedirdin, amma indi ayda 6-7 toya ya gedəsən, ya da getmyəsən. Bugünkü qazancla hərə öz ailəsini güclə dolandırır”.

XƏBƏRLƏR:  Prezident Bilal Əliyevə ev verdi

Xatırladaq ki, M. Ağayev bundan əvvəl də toysuzluqdan şikayətlənmişdi. “Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir. İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır. Camaatın imkanı yoxdur, həm də bu gün toylara getmirlər. Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də, heç kəs toy etmir”, – deyə tanınmış müğənni bildirmişdi.

XƏBƏRLƏR:  Mədət Quliyev növbəti dəfə ata oldu - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir