Havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır
Havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır
26 Oktyabr 2016 / 10:44 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu günlərdə Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova açıqlamasında deyib ki, əvvəldən də xəbər verildiyi kimi, Azərbaycanda bir neçə gündür qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.
Yağışlar bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağıb. Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 27-dək davam edəcək.
Artıq sabahdan əksər bölgələrdən başlayaraq yağıntılar tədricən kəsiləcək.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə