“Havadan üçüncü dünya müharibəsi qoxusu gəlir”
“Havadan üçüncü dünya müharibəsi qoxusu gəlir”
14 Oktyabr 2016 / 13:29 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4
Bizimxeber

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Suriyanın prezidenti Bəşər Əsəd «Komsomolskaya pravda» qəzetinə verdiyi müsahəbədə deyib ki, havadan üçüncü dünya müharibəsi qoxusu gəlir.

Onun sözlərinə görə, dünyanın bugünkü vəziyyəti inkişaf mərhələsində olan soyuq müharibəni xatırladır. Bu zaman, Əsəd hesab edir ki, ABŞ-n başlıca məqsədi dünyada özünün hegemonluğunu qoruyub saxlamaqdan ibarətdir.

Rusiyaya gəlincə isə Əsəd deyib ki, Dəməşq ona inanır. Suriya prezidenti əmindir ki, Rusiyanın siyasəti təkcə maraqlara yox, həm də mənəviyyata əsaslanır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə