Hava yenidən soyuyacaq?
Hava yenidən soyuyacaq?
29 Noyabr 2016 / 16:14 / Baxış sayı: 1070
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Hazırda Azərbaycan ərazisində cənub və cənub şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur”. 

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. İqlimşünas bildirib ki, son günlər müşahidə olunan hava şəraiti noyabr ayının sonu – dekabrın əvvəli üçün səciyyəvidir: “Hazırda müşahidə olunan hava şəraiti bir neçə gün davam edəcək”.

Mütəxəssis qeyd edib ki, noyabr ayı Azərbaycanda adətən çox dəyişkən hava şəraiti ilə müşahidə olunur: “Hazırda müşahidə olunan havada atmosfer təzyiqi aşağı düşür və digər hava kütlələrinin gəlməsi ehtimalı olur. Ölkə ərazisinə yenidən soyuq hava kütlələrinin qayıtması ilə bağlı hələ dəqiq heç nə demək olmaz”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə