Hava limanında həyəcan – Polis partladıcı qurğu axtarır
Hava limanında həyəcan – Polis partladıcı qurğu axtarır
31 Oktyabr 2016 / 17:26 / Baxış sayı: 1142
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Bişkekin “Manas” beynəlxalq hava limanındakı təyyarədə hələ ki, partlayıcı qurğu aşkarlanmadığını bildirib. Bizimxeber.az xəbər verir ki, komitənin məlumatına əsasən, yerli vaxtla saat 16:15-də şəhərin Daxili İşlər İdarəsinə Bişkek-Oş reysi üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində partlayıcı qurğu qoyulduğu barədə informasiya daxil olub.

Təyyarənin sərnişinləri dərhal təxliyə edilib və axtarış əməliyyatı başlayıb. Bundan başqa, Moskva, Novosibirsk və Surqut reyslərinə sərnişin qeydiyyatı da dayandırılıb. Bu və bir neçə digər reys üzrə uçuşların bərpası operativ əməliyyatların nəticəsindən və müddətindən asılı olacaq.

Hazırda respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları aeroport binasına baxışı davam etdirirlər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə